BAKI, 18 sentyabr. TELEQRAF
“Rusiya Ukraynanın müttəfiqi olan Avropa ölkələrinə raketlər və dronlarla zərbələr endirməyi planlaşdırıb”.
Teleqraf xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk deyib.
“Xüsusi xidmətlərin qiymətləndirməsinə görə, Rusiyanın planlarına Ukraynanı dəstəkləyən dövlətlərə, o cümlədən Polşaya dronlar və raketlərlə hibrid zərbələr endirmək daxildir”, - o bildirib.
Tuskun sözlərinə görə, Moskva bu cür zərbələri “təsadüfi” kimi təqdim etməyə çalışacaq ki, NATO-nun hücuma məruz qalmış üzvünü müdafiə etməsinin qarşısını alsın:
“NATO-nun şərq cinahında yerləşən bir və ya bir neçə ölkənin ərazisinin dağıntılara səbəb ola biləcək dron və ya raket hücumuna məruz qalması ilə bağlı real risk mövcuddur. Rəsmi versiya belə olacaq ki, bu, “təsadüfdür və NATO tərəfindən hər hansı cavab tədbirinin görülməsi üçün əsas yoxdur”.