BAKI, 18 sentyabr. TELEQRAF

Slovakiya Baş naziri Robert Fitso xəstəliyi səbəbindən sentyabrın 18-nə planlaşdırılan Ukraynaya səfərini ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə TASR məlumat yayıb.

Slovakiya hökumətinin başçısının bundan əvvəl bildirmişdi ki, cümə günü beynəlxalq tədbirlə əlaqədar Ukraynaya səfər edəcək və burada Prezident Volodimir Zelenski və ölkənin yeni baş naziri ilə görüşəcək.

Səfər proqramının ləğvindən sonra Fitsonu daxili işlər naziri Matuş Şutay-Eştok əvəz edəcək.