BAKI, 17 sentyabr. TELEQRAF

Almaniya parlament seçkiləri ilə əlaqədar Latviyadakı “Lielvarde” hərbi hava bazasına dörd “Eurofighter” qırıcısı göndərəcək.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Almaniya Silahlı Qüvvələri Latviyada oktyabrın əvvəlində keçiriləcək parlament seçkiləri zamanı ölkənin hava məkanının təhlükəsizliyini təmin edəcək. Bildirilib ki, qərar son həftələr və aylarda Baltikyanı ölkələrin hava məkanının dronlarla pozulması hallarının artması kontekstində qəbul olunub.

Almaniya həmçinin Latviyaya onlarla hərbçi və hərbi mütəxəssis göndərəcək. Bundeserin bəyanatına əsasən, Riqa seçkilərin təhlükəsiz keçirilməsini təmin etmək məqsədilə hava məkanının mühafizəsində dəstək göstərilməsi üçün NATO müttəfiqlərinə müraciət edib.

Latviya Seyminə seçkilər oktyabrın 3-də keçiriləcək.