BAKI, 18 sentyabr. TELEQRAF

“Polşa Rusiya ilə müharibə vəziyyətində Litva vətəndaşları üçün təxliyə yerlərindən biridir”.

Teleqraf xəbər verir ki, bunu Litvanın Vilnüs şəhər meriyasının Mülki Müdafiə Departamentinin rəhbəri Jigimantas Solovyevas deyib.

“Paytaxtdan təxliyə istiqamətlərindən biri Polşadır”, - o bildirib.

Vilnüs təxliyə planını bir il əvvəl açıqlamışdı.

“Reuters” agentliyi bundan əvvəl Baltikyanı ölkələrin - Estoniya, Latviya və Litvanın Rusiyanın hücumu ehtimalına qarşı yüz minlərlə insanı təxliyə etməyi planlaşdırdığını yazmışdı. Bu ölkələr uzun müddətdir Rusiyanın mümkün təcavüzü ilə bağlı NATO rəhbərliyinə narahatlıqlarını bildirirlər.