BAKI, 17 sentyabr. TELEQRAF
Avropa Komissiyasının sədri Ursula fon der Leyen uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti qoyulmasını təklif edib.
Teleqraf xəbər verir ki, 13 yaşdan kiçik uşaqlar sosial şəbəkələrdən istifadə edə bilməyəcək.
13-15 yaş arası yeniyetmələr yalnız valideyn nəzarəti ilə yaradılan məhdud funksiyalı hesablardan istifadə edə biləcəklər. 15-18 yaş arası şəxslər üçün isə sosial media platformalarında təhlükəsiz dizayn məcburi olacaq.
Yeni qaydaların sosial şəbəkələr, video platformaları, onlayn oyunlar və süni intellekt çat-botlarına şamil edilməsi təklif olunur.