BAKI, 19 fevral. TELEQRAF

ABŞ-nin Ukraynaya yardımı təxminən 67 milyard dollarlıq silah, 31,5 milyard dollar da büdcə dəstəyi təşkil edib, bu da Prezident Donald Trampın Ukrayna üçün 500 milyard dolların xərclənməsi ilə bağlı bəyanatına uyğun gəlmir.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Təəssüf ki, bizdə tamamilə fərqli rəqəmlər var. Bizim üçün hər şey aydındır. Müharibə 320 milyarda başa gəlib. 120 milyardı bizim, Ukrayna xalqının üzərinə düşür, 200 milyardı da ABŞ və Aİ-nin. Söhbət silahlardan gedir - 320 milyardlıq silah paketindən”, - Zelenski bildirib.