BAKI, 19 fevral. TELEQRAF

ABŞ-nin təbii ehtiyatlarla bağlı təklif etdiyi müqavilə ədalətsizdir, çünki bu, təhlükəsizlik təminatlarını ehtiva etmir. Ukrayna heç bir qitə üçün xammal resurslarının çıxarılması mərkəzi olmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Bu sənəddə heç bir təhlükəsizlik təminatından bəhs olunmur, biz onu imzalamayacağıq”, - o qeyd edib.