BAKI, 13 fevral. TELEQRAF

Rusiya ABŞ ilə danışıqlar aparmaq üçün qrup yaratmağa başlayıb. Prezident Vladimir Putinin bu qrupun tərkibi ilə bağlı qərarı daha sonra açıqlanacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Şübhəsiz ki, işlər artıq başlanılıb. Prezident müvafiq qərarları qəbul etdikcə biz məlumat verəcəyik", - o qeyd edib.