BAKI, 24 noyabr. TELEQRAF
Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, partiyanın Şanxay şəhər komitəsinin katibi Çen Sinin ciddi intizam və qanun pozuntularında şübhəli bilinərək istintaqa cəlb olunub.
Teleqraf xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
ÇKP-nin İntizam Təftişi üzrə Mərkəzi Komissiyası və Dövlət Nəzarəti Komitəsi onun barəsində araşdırma aparır.
Çen Sinin 2022-ci ildə ÇKP-nin Şanxay şəhər komitəsinin katibi vəzifəsinə təyin edilib. 2017-2022-ci illərdə Pekin şəhərinin meri olub. 2015-2017-ci illərdə isə Çinin Ətraf Mühitin Mühafizəsi Nazirliyinə rəhbərlik edib.
ÇKP-nin Şanxay şəhər komitəsinin katibi Çində partiya rəhbərliyinin ən yüksək vəzifələrindən biri hesab olunur. 2012-2017-ci illərdə Şanxay şəhər komitəsinin katibi hazırda Çin sədrinin müavini olan Xan Çjen, 2017-2022-ci illərdə isə hazırda Dövlət Şurasının Baş naziri vəzifəsini tutan Li Tsyan olub.
Çində “ciddi intizam və qanun pozuntuları” ifadəsi adətən korrupsiya əleyhinə araşdırmalarla əlaqəlidir.