BAKI, 24 noyabr. TELEQRAF

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus bir neçə təyyarə noyabrın 24-də Şərq dənizi üzərində Cənubi Koreyanın hava hücumundan müdafiə (HHM) zonasına daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreya hərbi mənbələrinə istinadla “Yonhap” məlumat yayıb.

Təyyarələr Ullınqdo adası istiqamətində yaxınlaşıb. Cənubi Koreya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri buna cavab olaraq havaya qaldırılıb. Rusiya təyyarələri bundan sonra ərazini tərk edib.

Qeyd olunu ki, Rusiya təyyarələri Cənubi Koreyanın hava məkanını birbaşa pozmayıb. Cənubi Koreya hökuməti əvvəlcə səhvən bu təyyarələrin Şimali Koreyaya məxsus olduğunu ehtimal edib. Bununla əlaqədar yerli sakinlərə xəbərdarlıq göndərilib, amma beş dəqiqə sonra həyəcan siqnalı ləğv edilib.