BAKI, 20 noyabr. TELEQRAF

“NATO Rusiya ilə müharibə arzusundadır və açıq şəkildə buna hazırlaşır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Alyansın hərbi mövqelənməsi dəyişir. Əvvəllər bu mövqe NATO üzvü olan ölkələrin sərhədlərində düşmənin qarşısını almağı, öz məsuliyyət zonasından kənarda isə ona zərbələr endirməməyi nəzərdə tuturdu.

Artıq dəfələrlə bəyan etmişik ki, NATO-nun “qələbə nəzəriyyəsi” - bu məqamda gülümsəməyə bilmərəm - qəti şəkildə dəlilikdir. Bu nəzəriyyə göstərir ki, NATO strateqləri yalnız bir şey - müharibə arzulayırlar. Amma bu cür kateqoriyalarla danışarkən həm öz ölkələrinin, həm də bizim ölkəmizin nüvə silahlarına malik olması amilini nəzərə almaq lazımdır”, - Zaxarova qeyd edib.