BAKI, 26 noyabr. TELEQRAF
“İran “MDB+” formatının iştirakçı statusunu əldə edən ilk dövlət ola bilər. Hazırda bu məsələ müzakirə mərhələsindədir”.
Teleqraf xəbər verir ki, bunu MDB baş katibi Sergey Lebedev deyib.
Lebedevin sözlərinə görə, Tehranın birliklə yeni formatda əməkdaşlıqda maraqlı olduğu barədə təşəbbüsü İran Prezidenti Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanın Avaza şəhərində keçirilən MDB sammitində səsləndirib.
“Hazırda İranın bu formatda ilk dövlət kimi iştirakçı statusu əldə etməsi məsələsinə baxılır”, - MDB baş katibi vurğulayıb.
“MDB+” formatı birliyin tamhüquqlu üzvü olmadan təşkilatla əməkdaşlıqda maraqlı olan üçüncü ölkələrlə qarşılıqlı əlaqələrin genişləndirilməsini nəzərdə tutur.