BAKI, 27 noyabr. TELEQRAF
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında beynəlxalq idman, fitnes, sağlamlıq və aktiv həyat tərzi sərgisinin açılış mərasimi baş tutub.
Teleqraf xəbər verir ki, sərgidə 33 idman federasiyası, 10 şirkət və 6 tərəfdaş iştirak edir.
Sərginin keçirilməsində əsas məqsəd idman sahəsində yeniliklərin nümayişi, əməkdaşlıq imkanlarının genişləndirilməsi, sağlam və aktiv həyat tərzinin təşviqi üçün geniş platforma yaratmaqdır.
İki gün ərzində ziyarətçilər müxtəlif idman növləri, müasir idman texnologiyaları və avadanlıqları ilə tanış olmaq, ustad dərslərində, interaktiv oyunlarda, idman nümayişlərində, hədiyyəli viktorinalarda və avtoqraf sessiyalarında iştirak etmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, “ExpoSport Azerbaijan 2026” sərgisi sabah başa çatacaq.