BAKI, 19 noyabr. TELEQRAF

“Danışıqlar üzrə bəzi tərəfdaşların Rusiyanı heç vaxt geri çəkilməyəcəyi mövqedən geri çəkilməyə məcbur etmək imkanları axtarması mənasızdır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Danışıqlar üzrə bəzi tərəfdaşlarımızın bizi heç vaxt geri çəkilməyəcəyimiz mövqedən geri çəkilməyə məcbur etmək yolları axtarmasının mənası yoxdur. Bura ərazi məsələləri də daxildir”, - Rusiya dövlət başçısı jurnalistlərin suallarını cavablandırarkən bildirib.