BAKI, 23 noyabr. TELEQRAF

Tacikistan Beynəlxalq Cinayətlər Məhkəməsindən (BCM) çıxması barədə BMT-yə rəsmi bildiriş göndərib.

Teleqraf xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreş bildirib.

Tacikistan noyabrın 20-də Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutundan çıxması barədə təşkilata bildiriş göndərib. Qərar rəsmi bildirişin alındığı tarixdən bir il sonra, yəni 2027-ci il noyabrın 20-də qüvvəyə minəcək.

Tacikistan 1998-ci ildə BCM-nin Roma Statutunu imzalayıb, 2000-ci ildə isə ratifikasiya edib. Sənədə əsasən, iştirakçı dövlətlər BMT baş katibinə yazılı bildiriş göndərməklə Roma Statutundan çıxa bilərlər. Bildirişdə daha gec tarix göstərilmədiyi təqdirdə, çıxmaq barədə qərar bildirişin alındığı tarixdən bir il sonra qüvvəyə minir.