BAKI, 19 noyabr. TELEQRAF

“Rusiya NATO-nun şərqə doğru genişlənməyəcəyi ilə bağlı verilən vədlərlə aldadılıb, nəticədə alyans Ukraynaya qədər gəlib çatıb”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin müharibədən sonrakı təhlükəsizlik təminatları ilə bağlı suala cavab verərkən deyib.

“Sizi 1991-ci ilə qaytarmaq lazım gələcək, həmin vaxt bizə NATO-nun şərqə doğru genişlənməyəcəyi vəd edilmişdi. O vaxtkı baş katib bildirmişdi ki, Rusiya bir məsələdə tam əmin ola bilər: NATO-nun genişlənməsi baxımından şərqə doğru bir addım belə atılmayacaq.

Yeri gəlmişkən, həmin vaxt baş katib Almaniya Federativ Respublikasının nümayəndəsi idi. Soyadını artıq xatırlamıram, bunun əhəmiyyəti yoxdur. Amma bizi o vaxt aldatdılar. Bundan sonra genişlənmə dalğaları başladı – beş, yaxud altı dalğa. Nəhayət, Ukraynaya qədər gəlib çatdılar”, - Putin qeyd edib.