BAKI, 19 noyabr. TELEQRAF

“Çin, Rusiya və ABŞ Şençjendə keçirilən üçtərəfli sammitdə əldə olunmuş konsensus əsasında hərəkət etməlidir”.

Teleqraf xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin bəyan edib.

“Çin, Rusiya və ABŞ görüşdə əldə olunmuş konsensusu lazımi qaydada həyata keçirməli, qarşılıqlı fəaliyyəti daha da gücləndirməli, dialoq vasitəsilə qarşılıqlı anlaşmaya nail olmalı, çağırışlara məsuliyyət hissi ilə cavab verməli, əməkdaşlıq yolu ilə sülhə töhfə verməli və birlikdə daha gözəl dünyanın qurulmasına yardım etməlidir”, - Si Cinpin Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla birgə görüşdən sonra vurğulayıb.