BAKI, 19 noyabr. TELEQRAF
“Rusiya, Çin və ABŞ bütün ölkələrin rifahı naminə emal olunmuş neft məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırır”.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin, Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın üçtərəfli görüşünün yekununda qəbul edilmiş bəyannamədə qeyd olunub.
“Üç dövlət bütün ölkələrin rifahı naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırır. Onlar enerji təchizatının sabitliyinin vacibliyini təsdiqləyiblər”, - bəyannamədə bildirilir.