BAKI, 19 noyabr. TELEQRAF
“Yaltada heç kim dünyanı bölüşdürməyib”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şençjen şəhərində Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Yaltada heç kim dünyanı bölüşdürməyib, orada İkinci Dünya müharibəsinin nəticələrinə əsasən yaranmış reallıqlar qeydə alınıb. Bugünkü münaqişələrdə də bu reallıqlarla razılaşmaq lazım gələcək. Yaltada nasizm üzərində qələbə rəsmiləşdirildi. İndi də neonasizm üzərində qələbəni rəsmiləşdirmək yaxşı olardı”, - Rusiya lideri bildirib.
Vladimir Putin hesab edir ki, dünya mövcud müharibələrdən ortaya çıxacaq reallıqlarla barışmalı olacaq.