BAKI, 10 avqust. TELEQRAF
“Rusiyada səfərbərliyə ehtiyac yoxdur, bunun üçün əsas yoxdur”.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı, ehtiyatda olan general-leytenant Andrey Qurulyov bildirib.
Onun fikrincə, qarşı tərəf Rusiyada vəziyyəti sabitliyi pozmaq məqsədilə səfərbərliklə bağlı şayiələri qəsdən yayır.
“Qulaq asın, hələlik ehtiyaclarımızı könüllülərin hesabına qarşılayırıq. Bu gün yaxşı pul ödəyirlər, insanlar müqavilə imzalayırlar”.
Qurulyov qeyd edib ki, əhalini əlavə olaraq narahat etməmək üçün bu mövzunu ümumiyyətlə gündəmə gətirməyə dəyməz.