BAKI, 6 avqust. TELEQRAF

“Ermənistan hakimiyyətinin Ukrayna ilə flört etməsi onun Rusiya ilə müttəfiqliyə hazırlığına şübhə yaradır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksey Fadeyev deyib.

“Kiyev rejimi (Ukrayna rəhbərliyi – red.) ilə nümayişkaranə flört Ermənistan hakimiyyətinin Rusiya ilə real müttəfiqlik əməkdaşlığına hazır olub-olmadığına dair ciddi şübhələr yaradır”, - diplomat qeyd edib.