BAKI, 3 avqust. TELEQRAF
Rusiya Qırğızıstan iqtisadiyyatının əsas investoruna çevrilib.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında Qırğızıstan 387 milyon dollar xarici sərmayə cəlb edib.
Məlumata görə, bu rəqəm ötən ilin ilk üç ayı ilə müqayisədə təxminən 100 milyon dollar çoxdur.
Ölkəyə investisiya yatıran dövlətlərin siyahısına Rusiya başçılıq edir. Belə ki, bu ölkədən 134 milyon dollar vəsait daxil olub ki, bu da ümumi sərmayənin üçdə birindən çoxunu təşkil edir.
Siyahıda ikinci yeri 80 milyon dollarla Çin, üçüncü yeri isə 38 milyon dollarla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tutur.