BAKI, 23 iyun. TELEQRAF
“Rusiya nüvə triadasını ardıcıl olaraq modernləşdirir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezident Vladimir Putin hərbi akademiyaların məzunları ilə görüşdə deyib.
Putin bildirib ki, dövlət silahlanma proqramına uyğun olaraq, nüvə triadası və quru qüvvələri ardıcıl olaraq modernləşdirilir, Aerokosmik Qüvvələrin və Hərbi Dəniz Qüvvələrinin döyüş potensialı artırılır.