BAKI, 23 iyun. TELEQRAF
“Qərb ölkələri Rusiya ilə müharibəyə hazırlaşmaq barədə açıq danışır və hərbi büdcələrini artırırlar”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ali hərbi təhsil müəssisələrinin məzunları ilə görüşündə deyib.
“Görürük ki, NATO ölkələri əvvəllər dövlət çevrilişi nəticəsində və qanunsuz silahlı yolla hakimiyyətə gəlmiş Kiyev rejimini dəstəkləməklə kifayətlənirdilərsə, indi Qərbdə açıq şəkildə bizimlə müharibəyə hazırlaşdıqlarını, hərbi hücum xarakterli büdcələrini artırdıqlarını bəyan edirlər”, - Rusiya lideri vurğulayıb.
Vladimir Putin həmçinin əlavə edib:
“NATO ölkələri və Avropa İttifaqının liderləri bu cür xərcləri və dövlətlərinin radikal militarizasiyasını haqlı çıxarmaq üçün əvvəlki kimi Rusiya hərbi təhdidi ilə bağlı yalan ifadələrdən istifadə edirlər. Sözdə yalançı demokratik Qərbin strategiyası çox sadədir: əvvəlcə ölkəmizə təhdidlər yaradır, bizi özünümüdafiə və bunun üçün zəruri tədbirlər görməyə məcbur edir, ardınca Rusiyaya qarşı təcavüzkar siyasətlərini və hərəkətlərini davam etdirməyi haqlı çıxarmaq üçün dərhal bizi bütün ölümcül günahlarda ittiham edirlər”.
Putin Rusiyanın təhdidlərə dərhal və adekvat cavab verməyə hazır olduğunu da iddia edib:
“İstənilən xarici və daxili təhdidlərə dərhal və adekvat cavab verməyə hazırıq”.