BAKI, 7 may. TELEQRAF
“Ermənistan parlamentinin sədri Alen Simonyan Belarusun əldə etdiyi, öz ölkəsinin isə nail ola bilmədiyi nəticələrə paxıllıq edir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bu, sadəcə paxıllıqdır, paxıllığından belə söyləyib. Sözlərimi yoxlamaq istəyirsinizsə, Belarusa gedin. Alen Simonyanın dediklərini yalnız bu cür şərh etmək olar, bu, heç bir pislik etməmiş xalqın və ölkənin uğurlarına qarşı paxıllıqdır. Özünüz gedin, görün. Məsələn, mən getdim, gördüm və öz fikrimi formalaşdırdım”, - o bildirib.
Xatırladaq ki, Alen Simonyan bundan əvvəl Belarus rəhbərliyi əleyhinə kəskin fikirlər səsləndirib. Ermənistan parlamenti sədrinin bu açıqlamasından sonra Minsk İrəvana nota verib.