BAKI, 21 aprel. TELEQRAF

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin şöbə rəisinin müavini Bişkekdə saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Saxlanılma aprelin 20-də Qırğızıstan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilib. Söhbət Təhlükəsizlik Dövlət Komitəsinin rəis müavini vəzifəsində çalışmış B.R.-dən gedir.

Həbsin rəsmi səbəbləri hələlik açıqlanmayıb. Hüquq-mühafizə orqanları mümkün ittihamlar və ya işin halları ilə bağlı şərh verməyiblər.