BAKI, 24 mart. TELEQRAF
Belarus Prezidenti Aleksandr Lukaşenko Şimali Koreya lideri Kim Çen Inın dəvəti ilə 25-26 mart tarixlərində Pxenyana rəsmi səfər edəcək.
Teleqraf xəbər verir ki, səfərin əsas hissəsini iki ölkə liderləri arasında danışıqlar təşkil edəcək.
Görüş zamanı Belarus-Şimali Koreya münasibətlərinin inkişafı ilə bağlı bütün gündəliyin müzakirəsi planlaşdırılır.
Tərəflər qarşılıqlı maraq doğuran sahələri aydınlaşdırmaq və ən perspektivli birgə layihələri vurğulamaq niyyətindədirlər. Səfər həmçinin müqavilə-hüquq bazasının gücləndirilməsini nəzərdə tutur.