BAKI, 24 mart. TELEQRAF

Bişkekdə Qırğızıstan Silahlı Qüvvələri Baş Qərargahının Böhranlara qarşı Mübarizə Mərkəzi ilə Rusiya Müdafiə Nazirliyinin Milli Müdafiə Nəzarəti Mərkəzinin nümayəndələri arasında işgüzar görüş keçirilib.

Teleqraf xəbər verir ki, tərəflər qoşunların gündəlik fəaliyyətinin idarə olunması sahəsində informasiya mübadiləsi və qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Bildirilib ki, bu cür təmaslar iki ölkənin hərbi strukturları arasında koordinasiyanın və əməliyyat qarşılıqlı fəaliyyətinin səmərəliliyini artırmağa yönəlib.