BAKI, 9 mart. TELEQRAF

Qırğızıstan Joqorku Keneşinin (parlament) sədri Marlen Mamataliyev Fransanın Bişkekdəki səfiri Nikolas Fay ilə görüşüb.

Teleqraf xəbər verir ki, tərəflər iki ölkə arasında siyasi, iqtisadi, mədəni və parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə ticari-iqtisadi əlaqələrin inkişafı prioritet sahə kimi müəyyən edilib. Həmçinin ətraf mühitin mühafizəsi, turizm və rəqəmsallaşma sahələrində birgə layihələrin həyata keçirilməsi təklif olunub.

Spiker deputatların qarşılıqlı səfərlərinin intensivləşdirilməsi və dostluq qrupları arasında əlaqələrin gücləndirilməsinin zəruriliyini bildirib.

Tərəflər iki ölkə arasında birbaşa uçuşların açılması və mədəniyyət mərkəzlərinin yaradılması təşəbbüslərini müzakirə ediblər.