BAKI, 13 fevral. TELEQRAF

Londonda Özbəkistan Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş “Özbəkistanın mədəniyyət səfiri” döş nişanı və sertifikatının təqdim edilməsi mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, bu fəxri ad Böyük Britaniyada yaşayan Özbəkistanın incəsənət tarixçisi Şahina Mirjonovaya təqdim edilib.

Mərasimdə Şahina Mirjonovanın özbək milli mədəniyyətini beynəlxalq arenada təbliğ etməkdəki fəaliyyəti xüsusilə vurğulanıb. Bundan əlavə, onun Özbəkistanın zəngin mədəni irsini Böyük Britaniyada tanıtmaq üçün həyata keçirdiyi səmərəli təşəbbüslər və uzunmüddətli yaradıcı-təbliğat fəaliyyəti yüksək qiymətləndirilib.