BAKI, 22 yanvar. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 27-də MDB-yə üzv dövlətlərin səfirləri ilə işgüzar səhər yeməyi keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, nazir 2025-ci ildə Birlik daxilində çoxşaxəli əməkdaşlığın nəticələrini yekunlaşdıracaq. Görüşdə cari il üçün əməkdaşlığın prioritet sahələri müəyyən ediləcək.

Sergey Lavrov diplomatlara Rusiyanın regional və beynəlxalq məsələlərə yanaşmaları barədə məlumat da verəcək.