BAKI, 22 yanvar. TELEQRAF
Pakistan Baş naziri Şahbaz Şərif martın birinci yarısında Rusiyaya işgüzar səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Pakistanın Moskvadakı səfiri Feysəl Niyaz Tirmizi məlumat verib.
Diplomatın sözlərinə görə, Şərif Rusiyaya qarşıdan gələn səfərini səbirsizliklə gözləyir.
O qeyd edib ki, Pakistan bu səfərin ölkələr arasında münasibətləri yeni səviyyəyə qaldırmaqda mühüm əhəmiyyət kəsb edəcəyinə inanır.
Səfir Pakistan və Rusiyanın siyasi, iqtisadi, sosial və təhsil sahələrində güclü münasibətlər saxlamalı olduğunu və buna nail olmaq üçün işlərin görüldüyünü vurğulayıb.
Tirmizi səfərin irəliləyiş olacağına ümid etdiyini bildirib.