BAKI, 22 yanvar. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Suxetske kəndini Rusiya qüvvələrindən təmizləyərək azad edib.

Teleqraf xəbər verir ki, bu barədə “DeepState” monitorinq qrupu məlumat yayıb.

Bildirilir ki, Rusiya ordusu Mirnoqrad və Dorojnyanka ətrafında irəliləyərkən, Ukrayna qoşunları Suxetskeni düşməndən təmizləyib.