BAKI, 13 yanvar. TELEQRAF

Bu gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasının keçirilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, dövlət başçısı həmçinin Müdafiə Nazirliyinin obyektlərinə də baxış keçirəcək.

Gündəliyə ölkənin təhlükəsizliyi və müdafiəsi ilə bağlı məsələlərin müzakirəsinin daxil edilməsi gözlənilir. Bu cür genişləndirilmiş görüşlər adətən Silahlı Qüvvələrin inkişafı, idarə olunması və əlaqələndirilməsi, eləcə də praktiki tapşırıqların yerinə yetirilməsi məsələlərini müzakirə etmək məqsədi daşıyır.

Prezidentin bu gün Müdafiə Nazirliyinin obyektlərinə də baş çəkməsi planlaşdırılır. Səfər zamanı obyektlərdəki şərait, infrastruktur və davam edən işlər barədə məlumat verilə bilər.