BAKI, 11 dekabr. TELEQRAF
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya hücum edən daha bir PUA-nı vurub.
Teleqraf xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
“Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya hücum edən pilotsuz təyyarəni vurub. Qəza yerində fövqəladə xidmətlər işləyir”, - o bildirib.
Sergey Sobyanin ümumilikdə 32 Ukrayna PUA-sının vurulması haqda məlumat verib.