BAKI, 5 dekabr. TELEQRAF

Çin Türkmənistanla əsas sahələrdə əməkdaşlığı genişləndirməyə, nəqliyyat əlaqələrini gücləndirməyə və Çin-Mərkəzi Asiya formatı çərçivəsində qarşılıqlı əlaqəni inkişaf etdirməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Çinin Türkmənistandakı Si Şumin deyib.

Diplomat bildirib ki, bu il Türkmənistan BMT Baş Assambleyasının qətnaməsi ilə tanınan daimi bitərəfliyinin 30-cu ildönümünü qeyd edir. Səfirin sözlərinə görə, müsbət neytrallıq siyasəti ölkənin inkişafı və regional sabitliyin möhkəmləndirilməsinin əsasına çevrilib.

Si Şumin Çin-Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını və əməkdaşlığın bütün sahələrində yüksək nəticələr əldə olunduğunu vurğulayıb.