BAKI, 5 dekabr. TELEQRAF
Ukrayna ordusu Çeçenistanın paytaxtı Qroznı şəhərində hündürmərtəbəli binaya PUA-larla zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Hücumdan sonra binada partlayış baş verib.
Mediada zədələnmiş çoxmərtəbəli ofis binasını əks etdirən fotoşəkillər yayılıb. Bildirilib ki, binada Çeçenistan Təhlükəsizlik Şurası, Hesablama Palatası və Mərkəzi Seçki Komissiyası yerləşir.