BAKI, 24 sentyabr. TELEQRAF

Özbəkistanın Texniki Tənzimləmə Müfəttişliyi Çindən üç məhsulun ölkəyə idxalına qadağa qoyub.

Teleqraf xəbər verir ki, söhbət “Mozer” markalı fen, “Fabola” yuyucu geli, eləcə də “Soldering Iron” və “Epica Star” ütülərindən gedir.

Sınaqları nəticəsində sözügedən məhsulların müəyyən edilmiş standartın tələblərinə cavab vermədiyi müəyyən olunub.

Nəticələr həmçinin istifadə zamanı istehlakçıların həyatı üçün təhlükə yaratdığını göstərib.

Nəzarət müfəttişliyinin mütəxəssisləri istehlakçılara belə məhsulları alarkən onların sertifikatlarına və təhlükəsizlik nişanlarına diqqət etməyi, keyfiyyəti şübhə doğuran avadanlıqlardan istifadə etməməyi tövsiyə edir.