BAKI, 18 avqust. TELEQRAF

Gecə saatlarında Rusiyanın bölgələri üzərində Ukraynanın 23 pilotsuz təyyarəsi zərərsizləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

PUA-lar Tambov, Rostov, Varonej, Kursk, Krasnodar və Krım (Ukraynanın işğal edilmiş bölgəsi – red.) vilayətləri, eləcə də Qara və Azov dənizləri üzərində vurulub.