BAKI, 3 iyul. TELEQRAF
“Udmurtiya ərazisindəki obyektlərdən birinə Ukraynadan PUA hücumu olub”.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Aleksandr Breçalov məlumat verib.
“Hücum Udmurtiya ərazisindəki obyektlərdən birinə olub - İjevsk və ya digər şəhərlərin ərazisinə yox. Hazırda iki PUA hücumu ilə bağlı təsdiqlənmiş məlumat var. Bir dron təhlükəsizlik tədbirləri sayəsində obyektə çatmayıb, ikincisi texniki struktura dəyib. Hazırda fəsadlar aradan qaldırılır”, - Breçalov bildirib.