BAKI, 1 iyul. TELEQRAF
Ukrayna ordusunun Rusiyanın İjevsk şəhərinə PUA zərbələri nəticəsində 3 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qeyd edilir ki, hücum nəticəsində 35 nəfər xəstəxanaya yerləşdirilib, 10 nəfər ağır yaralanıb.
Ukrayna Milli Təhlükəsizlik Xidmətinin (SBU) yaydığı məlumata görə, hücum zamanı İjevskdəki “Tor” və “Osa” hava hücumundan müdafiə sistemləri, habelə Rusiya ordusu üçün pilotsuz təyyarələr istehsal edən Kupol zavodu vurulub.
Zavoda ən azı iki zərbə qeydə alınıb, bundan sonra müəssisədə yanğın başlayıb.
Hədəfə qədər olan məsafə 1300 kilometrdən çoxdur.
“SBU Ukraynaya qarşı müharibə üçün işləyən Rusiya hərbi sənaye kompleksinin müəssisələrinə cərrahi dəqiqliklə zərbələr endirməkdə davam edir. Hər bir belə xüsusi əməliyyat düşmənin hücum potensialını zəiflədir, hərbi istehsal zəncirlərini pozur və göstərir ki, hətta Rusiyanın dərinliyində belə onun hərbi infrastrukturu üçün təhlükəsiz zonalar yoxdur”, - qurumun açıqlamasında bildirilib.