BAKI, 9 may. TELEQRAF
Monqolustan sərhədçiləri ilk dəfə Tuvanın paytaxtı Kızılda İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar keçirilən paradda iştirak ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın muxtar bölgəsinin administrasiyasından TASS-a bildirilib.
Parad bölməsinə 45-ci sərhəd dəstəsinin rəis müavini, polkovnik-leytenant Lxaqva-oçir Oçirsuren rəhbərlik edib.
Məlumatda deyilir ki, Monqolustan dünya müharibəsi illərində SSRİ-yə hərbi dəstək verdiyini rəsmən elan edən ilk ölkələrdən biri olub.