![](https://teleqraf.az/storage/2025/02/12/715x378/66554322.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Çin ABŞ Prezidenti Donald Trampın Fələstinin Qəzza sakinlərini başqa yerə köçürmək planı ilə bağlı dediklərinə qəti şəkildə qarşıdır.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunyunq bildirib.
"Qəzza fələstinlilərə aiddir və Fələstin ərazisinin ayrılmaz bir hissəsidir. Biz Qəzza xalqının məcburi köçürülməsinə qarşıyıq",- o qeyd edib.