Tanınmış rejissor Kənan Mahmudovun filmləri kinoteatrlarda və internetdə ən az izlənən filmlərin sırasında ön sıraları zəbt edib.

Teleqraf.com xəbər verir ki, rejissor özü bu məsləyə belə münasibət bildirib:

“Ən az izlənən filmlər arasında birinci yerdəyəm. Hardasa nəyisə düz eləmirəm və əslində, nəyi düz eləmədiyimi özüm yaxşı bilirəm. Düşünürəm ki, bu belə də davam edəcək. Çünki mən bazar adamı deyiləm, rejissoram!”