BAKI, 14 yanvar. TELEQRAF
Azərbaycan dilindən Birləşmiş Millətlər Təşkilatının (BMT) əsas dillərinə, türk dillərinə və həmin dillərdən Azərbaycan dilinə tərcümə lüğətləri hazırlanacaq.
Teleqaf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.
Tərcümə lüğətlərinin hazırlanması məqsədilə təşkilati işlər həyata keçiriləcək, mütəxəssis qrupları formalaşdırılacaq.