BAKI, 8 iyul. TELEQRAF

Gəncədə 23 yaşlı qızın yaşadığı evdə meyiti aşkarlanıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin M. Hacıyev küçəsində qeydə alınıb.

2003 cü il təvəllüdlü S. Sadıqovanın yaşadığı evdə cansız bədəni tapılıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.