BAKI, 8 iyul. TELEQRAF

İsveçrə milli komandası 2026-cı il futbol üzrə dünya çempionatında 1/4 finala yüksələrək tarixi uğura imza atıb.

Teleqraf xəbər verir ki, İsveçrə yığması dünya çempionatları tarixində dördüncü dəfə, son 72 ildə isə ilk dəfə bu mərhələdə mübarizə aparacaq.

İsveçrəlilər daha əvvəl 1934, 1938 və 1954-cü illərdə dünya çempionatlarının 1/4 final mərhələsinə yüksəlsələr də, heç vaxt yarımfinala adlaya bilməyiblər.

Komanda son üç mundialda isə mübarizəni 1/8 finalda başa vurmuşdu.

İsveçrə millisi 2026-cı il dünya çempionatının 1/8 finalında Kolumbiyanı əsas və əlavə vaxtı qolsuz başa çatan oyundan sonra penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, İsveçrə yığmasının 1/4 finaldakı rəqibi son dünya çempionu olan Argentina millisi olacaq.

***

02:01

Futbol üzrə dünya çempionatının İsveçrə - Kolumbiya oyunu keçirilir.

Teleqraf xəbər verir ki, qarşılaşmada əlavə vaxt da qolsuz bərabərliklə yekunlaşıb. Qalib penalti zərbələrində müəyyənləşəcək.

***

02:01

Futbol üzrə dünya çempionatının İsveçrə - Kolumbiya oyunu keçirilir.

Teleqraf xəbər verir ki, qarşılaşmada əlavə vaxt oynanılır.

***

01:56

Futbol üzrə dünya çempionatının İsveçrə - Kolumbiya oyunu keçirilir.

Teleqraf xəbər verir ki, qarşılaşmanın əsas hissəi qolsuz bərabərliklə başa çatıb.

***

01:12

Futbol üzrə dünya çempionatının İsveçrə - Kolumbiya oyunu keçirilir.

Teleqraf xəbər verir ki, qarşılaşmanın ikinci hissəi başlayıb.

***

00:49

Futbol üzrə dünya çempionatının İsveçrə - Kolumbiya oyunu keçirilir.

Teleqraf xəbər verir ki, qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb.

***

00:00

Futbol üzrə dünya çempionatının İsveçrə - Kolumbiya oyunu start götürüb.

Teleqraf xəbər verir ki, 1/8 final mərhələsinin matçı "BC Place" stadionunda keçirilir.

Qarşılaşmanı salvadorlu hakim İvan Barton idarə edir.