10 mart Milli Teatr Günü münasibətilə Mingəçevir Dövlət Dram Teatrında silsilə tədbirlər keçirilib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, tədbirlər Teatr Tarixi Muzeyi və yeyni yaradılmış teatr kitabxanasında təşkil olunub.

Heydər Əliyev Mərkəzinin əməkdaşlarını və təhsil ictimaiyyəti teatrın zəngin tarixini əks etdirən eksponatlar və əl işləri ilə yaxından tanış olub, həmçinin teatr sənətinin tarixi ilə bağlı maraqlı məlumatlar əldə ediblər.

Eyni zamanda Mingəçevir Dövlət Dram Teatrında müasir formatda yeni tamaşanın premyerası olub. Tanınmış kino və teatr rejissoru Cavid Təvəkkülün quruluş verdiyi, İbrahim Türksoy Salamovun 2-ci rejissoru olduğu romantik komediya gənclərin zövqünə uyğun hazırlanıb.

Sabit Rəhmanın eyniadlı pyesi əsasında səhnələşdirilən "Nişanlı Qız" tamaşasında fərqli rejissor yanaşması öz əksini tapıb.