BAKI, 7 iyul. TELEQRAF
Yasamal rayonunda ailə-məişət zəminində dava düşüb.
Teleqraf xəbər verir ki, hadisə Zahid Xəlilov küçəsində baş verib.
1987-ci il təvəllüdlü Məmmədov Aydın Ayaz oğlu küçədə qaynı ilə mübahisə edib.
O döyülüb, daha sonra bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.
Polis faktla bağlı araşdırma aparır.