BAKI, 7 iyul. TELEQRAF
“Sabah”ın serbiyalı futbolçusu Velko Simiç klubun tarixinə düşüb.
Teleqraf xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda Uels təmsilçisi TNS-ə qarşı keçirilən oyunda vurduğu qoldan sonra baş verib.
31 yaşlı yarımmüdafiəçi matçın 66-cı dəqiqəsində fərqlənərək “Sabah”ın UEFA Çempionlar Liqasındakı ilk qolunun müəllifi olub.
Qeyd edək ki, hazırda “Bank Respublika Arena”da keçirilən görüşdə hesab 1:0 “Sabah”ın xeyrinədir.